“İrana cavab olaraq Azərbaycan İsraildə təcili səfirlik açmalıdır” - Politoloqdan İDEOLOJİ İŞ SXEMİ

“İrana cavab olaraq Azərbaycan İsraildə təcili səfirlik açmalıdır” - Politoloqdan İDEOLOJİ İŞ SXEMİ

Hazırda oxunan: “İrana cavab olaraq Azərbaycan İsraildə təcili səfirlik açmalıdır” - Politoloqdan İDEOLOJİ İŞ SXEMİ

32538

Qarabağa qanunsuz yükdaşımalarına görə Bakı Tehrana nota verdi. Əlbəttə notaya cavab dərhal gəlməyə bilər, amma bu notadan sonra Qarabağın ermənilər yaşayan hissəsinə İran vasitəsilə naməlum daşımalar davam edirmi?

“Nota birinci mərhələdir. İran illərdir ki, Ermənistana nəfəslik rolu oynayır və Qarabağ separatçılarının yanındadır. İndi daha çox və dərin iş birliyinə keçib. Öz də İran bu məslədə ruslarla razılaşdırılmış, koordinasiya edilmiş addımlar atır. Bu mənada notaya ikiüzlü, riyakar bir cavab verəcəklər”.
 

MÖVZU İLƏ BAĞLI:

II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR


Bizim.Media sualına belə cavab verən politoloq Qabil Hüseynli bildirdi ki, notaya baxmayaraq Tehran qınanan əməllərinə davam edəcək:

“Ona görə də düşünürəm ki, İran üçün ideoloji baxımdan öldürücü bir şey o ölkədə Azərbaycan dilində televiziya və radio verilişlərinin açılmasıdır. İran əhalisini yarıdan çoxu Azərbaycan dilini bildiyi üçün məlumatları onlara çatdırmaq lazımdır.

İndiki şəraitdə İranla konfrontasiyaya getməyin nə dərəcədə zəruri olduğunu deyə bilmərəm, amma İran açıq-aşkar Qarabağa toplanan erməni əsgərlərin ehtiyaclarını ödəmək üçün fəaliyyətlərini davam etdirir. 


Bunun ən yaxşı yolu İrana qarşı ideoloji işin aparılmasıdır. Müəyyən dövlətlər var ki, İranı sevmirlər. O dövlətlərlə daha ciddi iş birliyinə getmək lazımdır. Məsələn Azərbaycan İranın notaya cavabından sonra dərhal İsraildə səfirlik açmalıdır. Eləcə də İranın qəbul etmədiyi dövlətlərlə ciddi işbirliyinə getmək lazımdır”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO