BMT rəsmisi Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP – “The United Nations Environment Programme”) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire məsələdən xəbərsiz olduqlarını deyib.
“Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əlaqə yaratmayıb. Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik”, - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirir. (Report)
Bizim.Media
![BMT-dən Oxçuçayın təmizlənməsi ilə bağlı AÇIQLAMA BMT-dən Oxçuçayın təmizlənməsi ilə bağlı AÇIQLAMA](https://bizim.media/file/articles/2021/08/13/1628833470_0de-4-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur.jpg)
- A-
- A
- A+
Siyasət
09:44 / 13.08.2021
BMT-dən Oxçuçayın təmizlənməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: BMT-dən Oxçuçayın təmizlənməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: BMT-dən Oxçuçayın təmizlənməsi ilə bağlı AÇIQLAMA
32475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.