Rusiya Ermənistana silah təchizatına xəncərlə başladı - FOTO

Rusiya Ermənistana silah təchizatına xəncərlə başladı - FOTO

Hazırda oxunan: Rusiya Ermənistana silah təchizatına xəncərlə başladı - FOTO

32344

Rusiya müdafiə naziri erməni həmkarı ilə görüşdən sonra ona xəncər bağışlayıb və əlavə edib: "Hesab edə bilərik ki, silah təchizatı başlayıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində siyasi ekspert Aqil Məmmədov yazıb.

Onun sözlərinə görə, Ermənistan mətbuatı ötən gündən başlayaraq bu fotonu paylaşır və yeni fərziyələr formalaşdırmağa başlayıblar:

“Sergey Şoyqunun erməni həmkarına xəncər bağışlamasının mənası nədir? Ümumiyyətlə rus inanclarına əsasən kəsici alətlərin bağışlanması pis əlamət hesab edilir. Rusların inanclarına görə, kəsici alətlərin bağışlanması tərəflər arasında narazılıqların yaranmasına gətirib çıxardır. Ancaq bu inancın mənfi təsirlərini aradan qaldırmağın metodu var. Əgər hədiyyə edilən xəncərin bəlasından qorunmaq istəyirsənsə, qarşılığında pul verməlisən. Kəsici hədiyyələrin pis əlamətləri yalnız rusların inanclarında deyil, çinlilər, Latın Amerikası xalqlarının inanclarında da pis əlamət kimi başa düşülür. Ancaq türk xalqlarının inanclarında kəsici əşyaların hədiyyə edilməsi dəyərli hesab edilir və türk xalqları inanır ki, kəsici vasitələr xalqları bəlalardan qorumaq qabiliyyətindədir. Bizim inanclarda körpənin balıncının altına bıcaq qoymaqla onu xəta bəladan qorumaq kimi anlaşılır”.

Politoloq hesab edir ki, rus inanclarından baxdıqda Sergey Şoyqunun xəncər hədiyyəsini həm də Ermənistana borclarınızı ödəyin, ödəməsəniz dostluğumuz sonlanacaq mesajı kimi də anlamaq olar:

“Ermənistana silah təchizatının başlandığı mesajını isə ciddi qəbul etmək lazım deyil. 44 günlük müharibə təkçə Ermənistanın məğlubiyyəti kimi deyil, eyni zamanda rus hərbi sənayesinin istehsal etdiyi sistemlərin effektiv olmadığını göstərdi”.

Aqil Məmmədovun fikrincə, rus konstruktorlar texnikalarının hansı vəziyyətə düşdüyünü görmək üçün uzağa deyil, 8 noyabr prospektində yerləşən Zəfər Parkını ziyarət etməklə görə bilərlər:

“Ermənistanın isə xarici dövlət borcu valyuta ehtiyatlarından 2-3 dəfə çox olduğunu nəzərə alsaq, əlavə borclanmanın bu ölkənin tamamilə məhfinə gətirib çıxardacağını göstərir. Ermənistan ekstraktiv siyasi sistemini müdafiə etməklə cəmiyyəti bütün iqtisadi stimullardan məhrum edir. Ermənistan üçün indi ən düzgün seçim ekstraktiv siyasi-iqtisadi sistemi inkluziv sistemlə əvəzlənməsi ola bilər. Yeni inkluziv sistemə keçid isə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmadan və 30 il ərzində effekt verməyən ideologiyadan imtina etmədən mümkünsüz görsənir”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO