“Paşinyanın siyasəti Azərbaycana güc nümayişi göstərmək hüququ verir” - Tofiq Zülfüqarov

“Paşinyanın siyasəti Azərbaycana güc nümayişi göstərmək hüququ verir” - Tofiq Zülfüqarov

Hazırda oxunan: “Paşinyanın siyasəti Azərbaycana güc nümayişi göstərmək hüququ verir” - Tofiq Zülfüqarov

32078

“Beləliklə, seçkilərdən sonra Paşinyan münaqişəni davam etdirmək üçün bir strategiya seçib. Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, sülh müqaviləsini imzalamaq istəmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səfifəsində sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov yazıb.

Onun fikrincə, Paşinyan Qarabağda ermənilər məskunlaşan ərazilərin ölkəmizdən qoparılması layihəsinin həyata keçirilməsini davam etmək niyyətindədir.

Politoloq hesab edir ki, Baş nazir 10 noyabr Bəyannaməsindəki öhdəliklərin bir hissəsini yerinə yetirməkdən imtina edir:

“O, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasına, Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin azad edilməsinə, Zəngəzur dəhlizinin açılmasına qarşıdır. 

Bu siyasətin ciddi risklərini dərk edərək, Paşinyan Azərbaycanın ehtimal olunan cavab tədbirlərinə qarşı beynəlxalq strukturları sərhəd boyunca "canlı hədəf" kimi yerləşdirmək istəyir.

Bu avantürist siyasətin nəticəsi yalnız Ermənistan üçün yeni məğlubiyyət ola bilər!

Üstəlik, bu, Rusiya Federasiyasının, eləcə də ABŞ və Fransanın 10 noyabr Bəyannaməsinin müddəalarını yerinə yetirmək üçün alternativ olmadığını açıq şəkildə bəyan etdiyi şəraitdə baş verir”.

Tofiq Zülfüqarov əminliklə deyir ki, Paşinyanın bu siyasəti Azərbaycana beynəlxalq hüquq çərçivəsində güc nümayişi göstərmək hüququ verir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO