Belarus Prezidenti “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edildi - FOTO

Belarus Prezidenti “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edildi - FOTO

Hazırda oxunan: Belarus Prezidenti “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edildi - FOTO

32019

Minsk şəhərində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Azərbaycan xalqına qardaş və dost münasibətinə, Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında xüsusilə böyük xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Bizim.Media Azərtaca-a istinadən xəbər verir ki, "Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Minsk şəhərində jurnalistlər, ictimaiyyət nümayəndələri, ekspert və media ictimaiyyəti üçün ənənəvi olaraq media formatda təşkil olunan "Prezidentlə böyük söhbət" çərçivəsində keçirilən görüşdə iştirak edib.

Tədbirdən sonra baş redaktor Emil Nəsirli “Azərbaycanın dostu” qızıl ordenini Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim edib.

O, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda və Minskdə keçirdiyi görüşlərin hər iki ölkənin ictimai-siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirdikləri strategiyanın uğurlu davamı olduğunu qeyd edib.

Prezident A.Lukaşenko öz növbəsində "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib.

Belarus Prezidenti ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO