ABŞ-ın Ermənistandakı səfiri Zəngəzura niyə gəlmişdi? – Səfərin MƏQSƏDLƏRİ

ABŞ-ın Ermənistandakı səfiri Zəngəzura niyə gəlmişdi? – Səfərin MƏQSƏDLƏRİ

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfiri Zəngəzura niyə gəlmişdi? – Səfərin MƏQSƏDLƏRİ

31891

Bir neçə gün öncə Ermənistan kütləvi informasiya vasitələri ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Syünik bölgəsində istirahət etməsi ilə bağlı fotolar paylaşıb. Fotolarda səfirin və digər səfirlik əməkdaşlarının yay tətili üçün Syünik bölgəsinə gəldiyi görünür.

Telegram kanallarında yayımlanan məlumata görə səfir və yaxın ətrafı dağlıq ərazidə kamp quraraq gecələməyə qərar veriblər. Ərazidə yürüşə çıxan səfir yerli əhali ilə görüşüb və Ermənistanın “zəngin tarixi” və mədəniyyəti ilə tanış olmaq fürsəti əldə edib. Diqqət çəkən əsas məqam isə ABŞ səfirinin Syünikə səfəri əsnasında hər hansı təhlükəsizlik tədbirlərinin alınmaması olub.

Syünik Azərbaycan və Ermənistan arasında sərhəd anlaşmazlıqlarının yaşandığı əsas bölgə hesab olunur.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT baş katibi Ermənistana gəldi – SƏBƏB


Hətta Ermənistan tərəfinin məqsədli şəkildə sərhədlərin müəyyənləşməsi prosesinə mane olması nəticəsində bölgədə yaxın keçmişdə insidentlər də yaşanıb. Üç tərəfdən Azərbaycanın nəzarətində olan bölgə baş verən anlaşmazlıqlar səbəbi ilə olduqca təhlükəli hesab olunur. Xüsusilə Ermənistan silahlı birləşmələrinin son günlərdə dövlət sərhəddində atəşkəsi müntəzəm olaraq pozmağa cəhd göstərdiyini nəzərə alsaq, təhlükənin miqyası bir daha aydın olur.

Mövcud təhlükəli vəziyyətin fonunda bir müddət əvvəl ABŞ Dövlət Departamenti rəsmi şəkildə öz vətəndaşlarına Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazilərə səfər etməməyi tövsiyyə etmişdi. Bu tövsiyyə birbaşa sərhədlərin müəyyənləşməsi prosesində baş verə biləcək insidentlərlə bağlı idi. Lakin görünən odur ki, ABŞ səfiri Linn Treysi özünü heç də təhlükədə hiss etmir, əksinə saxta “tarixi abidələri” tədqiq edəcək qədər rahatdır.

O zaman haqlı olaraq sual yaranır: Günü bu gün də insindetlərin yaşandığı sərhəd bölgəsinə nümayişkəranə şəkildə səfər etmək ABŞ səfirinin nəyinə lazımdır? Səfir Linn Treysi bu səfəri ilə hansı mesajları verir?

Əslində ABŞ səfirinin Syünikdə tətil macəralarının əsas məqsədi aydındır. Linn Treysi Syünikin təhlükəsiz bölgə olduğunu və bu təhlükəsizliyin də məhz ABŞ-ın sayəsində mümkün olduğunu göstərməyə çalışır. Çünki II Qarabağ müharibəsindən sonrakı dövrdə Syünik Azərbaycan və Ermənistan arasında əsas ziddiyyətli nöqtə idi və Paşinyan hakimiyyətinə qarşı ciddi təzyiq vasitəsi kimi istifadə olunurdu. 

Treysinin səfəri isə dünya ictimaiyyətinə və Ermənistana bölgədə təhlükəli hər hansı prosesin baş vermədiyini, yeni hökümətin bütün riskləri aradan qaldırdığını göstərir.

Bu amil erməni ictimaiyyəti üçün “Syünikin itirilməsi” qorxusunun aradan qaldırılmasına xidmət edir və radikal müxalifət tərəfindən geniş istifadə olunan tezsi də sıradan çıxarır. Lakin ABŞ səfirinin Syünik tətili başqa nüanslardan da xəbər verir. Görəsən, ABŞ səfirini Syünikin təhlükəsiz olduğuna bu dərəcədə əmin edən nədir? Bölgənin gələcəkdə də eyni dərəcədə təhlükəsiz olacağına kim zəmanət verir?

Linn Treysinin Syünik səfəri ABŞ-ın Ermənistandakı güc nümayişi kimi qiymətləndirilə bilər. Aydındır ki, dövlət sərhəddində, xüsusilə Syünikdə baş verən insidentlərin əsas səbəbkarı Ermənistandır və Ermənistanın da bu cür destruktiv addımları öz müttəfiqləri ilə məsləhətləşmədən atması mümkün deyil. Bir sözlə Ermənistan sərhəddinin təhlükəli olub olmayacağını müəyyən edən məhz ABŞ-dır və ABŞ istədiyi vaxt Syünik təhlükəli, istədiyi vaxt isə səfirin gecələyəcəyi qədər təhlükəsiz ola bilər. 

Əgər ABŞ-ın gücü bu dərəcədə həyati idisə deməli, Ermənistanı oxşar addımlardan çəkindirmək və bu günə qədər dövlət sərhəddində baş verən insidentlərin qarşısını almaq olardı. Lakin nə üçünsə bu istiqamətdə heç bir addım atılmırdı.

Nə üçünsə sərhədlərinin hələ də tam şəkildə bəlli olmadığı Syünik təhlükəsizdir, amma tamamilə Azərbaycanın nəzarətində olan Şuşa “təhlükəli” olaraq qalır.

Bu məsələdən yaxşı bir qənaətə də gəlmək mümkündür: Azərbaycanlılara etibar eləmək olar, amma ermənilərə yox! Şünki Şuşanı ermənilər atəşə tutur, Sünikə isə azərbaycan əsgəri atəş açmır, çünki orada təxribataı da ermənilər törədir. Erməniyə isə heç İrəvanda da etibar yoxdur! Çünki bu millətin mahiyyəti terrorçudur. Sadalamağa isə lüzum görmürük.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO