Azərbaycan NATO ilə birlikdə Qara dənizdə hərbi təlimlərə başlayıb. Daha əvvəlki təlimlərə Rusiyanın reaksiyası sərt olmuşdu. Azərbaycanın təlimlərə qatılmasına Moskvadan hansısa cavab gələ bilərmi?
“Erməni jurnalistlər Rusiya rəsmilərinə bu barədə sual verib və Peskov cavablandırmışdı ki; Azərbaycan suveren ölkədir. Və onun hansı hərbi-siyasi blokun təlimlərində iştirak etməsi öz suveren qərarıdır”deyən politoloq Fərhad Məmmədov əlavə etdi ki, Kreml üçün əsas odur ki, bu təlimlər Rusiyaya qarşı yönəlməsin.
MÖVZU İLƏ BAĞLI:
Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”
Bizim.Media ilə dialoq zamanı politoloq xatırlatdı ki, Azərbaycan öz ordusunu artıq uzun illərdir ki, NATO standartları ilə formalaşdırıb.
Digər tərəfdən Azərbaycan NATO-nun aparıcı ölkəsi olan Türkiyə ilə ordu quruculuğunda olduqca yaxın əməkdaşlıq edir:
“Hətta müharibədən sonra cənab Prezident də bildirmişdi ki, Azərbaycanda türk ordusunun mini formasını yaradacağıq. Ona görə NATO ilə Azərbaycanın əməkdaşlığı sırf təcrübə toplamaq, eyni zamanda yeni texnologiya və taktikalara yiyələnmək məqsədi daşıyır. Burada NATO-nun Rusiyaya qarşı yönəlmiş müəyyən ssenariləri, yaxud təlimlərdə şərti nişan kimi Rusiyanın hesab olunması kimi fikirlər Azərbaycana aid deyil. Azərbaycan öz istədiyini və lazım olan məqamları götürür. Digər tərəfdən, Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən biri də ondan ibarətdir ki, biz öz qonşularımza 3-cü qüvvələr tərəfindən təhdid olmamalıyıq.
Və bu, Ermənistandan başqa bütün digər qonşulara şamil olunan siyasətdir. Rusiya da həmçinin...”
Anar Rəhimov, Bizim.Media