Parlamentdə boş yerlər 8-ə catdı – Deputat kürsüsünə KİMLƏR İDDİALIDIR? 

Parlamentdə boş yerlər 8-ə catdı – Deputat kürsüsünə KİMLƏR İDDİALIDIR? 

Hazırda oxunan: Parlamentdə boş yerlər 8-ə catdı – Deputat kürsüsünə KİMLƏR İDDİALIDIR? 

31486

Parlamentdə boş qalan yerlərə real namizədlər kimlərdir? Siz də Milli Məclisdəki şəklinizi “Facebook”da əsas fotoya yerləşdirmisiniz.

“Artıq parlamentdə boş qalan yerlərin sayı 8 oldu. Yəni, 8 kifayət qədər böyük rəqəmdir. Təsəvvür eləsək ki, təxminən 7 milyon insana 125 millət vəkili düşürdü və əhalinin sayı 10 milyonu keçib. Amma yenə də 125 deputat qalıb və bu parlamentdə 8 yerin boş qalması da ciddi bir rəqəmdir. Hər dairədə 40-50 min seçicinin olduğunu nəzərə alsaq, parlamentdə boş qalmış 8 yer təxminən 400 min insanın Milli Məclisdə təmsilçiliyinin olmaması deməkdir.

Düşünürəm ki, məsələyə diqqət ayrılmalı və seçki keçirilməlidir. Növbəti parlament seçkilərinin 2025-ci ildə keçiriləcəyini də nəzərə alsaq, 4 ilə yaxın vaxt var. Ona görə də boş qalan yerlərə seçkilər baş tutmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Silah istəyən DEPUTATLAR – Maraqlı SİYAHI


Bizim.Media sualına cavabı belə başlayan politoloq, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı düşünür ki, parlamentdə sırf siyasətçilər təmsil olunmalıdır:


“Parlament siyasətçilərin meydanı mənasını daşıyır. Yəni, uzun illər siyasətdə yetişmiş, formalaşmış insanların təmsil olunması daha üstün haldır. Çünki qanunvericiliyin qəbul olunmasında, siyasi proseslərin təhlili və müzakirəsində məhz peşəkar siyasətçilər faydalı ola bilər. Təbii ki, mənim də parlamentdə təmsil olunmaq niyyətim var. Əgər BAXCP-nin növbəti seçkilərdə iştirak istəyi olsa, biz seçkiyə qatılacağıq. Boş qalmış 8 yerə kimlərin iddia etməsindən danışsaq, məncə kifayət qədər siyasi kəsimlər var ki, həmin yerlərə iddialıdır. Onlar zaman-zaman öz mövqelərini ortaya qoyurlar. Nümunə kimi Rauf Arifoğlu, Fərəc Quliyev, Tural Abbaslı və digərləri həmin 8 yer uğrunda mübarizə aparacaqlarını ortaya qoyublar”. 


Sonda qeyd edək ki, Niyaməddin Orduxanlının adlarını açıqladığı namizdələrlə yanaşı boş qalmış yerlərə iddialılar arasında Natiq Cəfərli (REAL), Elşad Musayev (BAP), Sərdar Cəlaloğlu (ADP), Əli Əliyev (VİP), İqabal Ağazadə (Ümid) və başqa nüfuzlu siyasətçilər var. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO