Sahibə Qafarova Rəisinin andiçməsində iştirak etdi - FOTO

Sahibə Qafarova Rəisinin andiçməsində iştirak etdi - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Rəisinin andiçməsində iştirak etdi - FOTO

31364

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.

Bizim.Media bildirir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 5-də nümayəndə heyətimiz İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın yeni prezidenti and içdi - YENİLƏNİB 


İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Qeyd edək ki, iyunun 18-də İranda növbəti prezident seçkiləri keçirilib. Seyid İbrahim Rəisi 61,9 faiz səslə prezident seçkilərində qalib elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO