Müharibə addım-addım yaxınlaşır – Dənizlər ALOVLANACAQ!

Müharibə addım-addım yaxınlaşır – Dənizlər ALOVLANACAQ!

Hazırda oxunan: Müharibə addım-addım yaxınlaşır – Dənizlər ALOVLANACAQ!

31329

Yaxın Şərqin iki düşmən dövləti olan İran və İsrail arasında münasibətlər günü-gündən daha da gərginləşməyə davam edir. Belə ki, İranın yeni lideri İbrahim Rəisi hələ kreslosuna əyləşməmiş gələcək dönəmdə xarici siyasətində hansı mövqeyi tutacağını nümayiş etdirməyə başlayıb. 

Beləliklə gərginləşən münasibətlərin son xronikasına baxaq:
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin sonuncu PLANI - 3-cü Dünya müharibəsi harada başlayacaq?


Birincisi, iki ölkə arasında qarşıdurmaların təbiəti 2021-ci il üçün bir qədər fəqlidir. Belə ki, İran və İsrailin bir-birilərinə birbaşa hücumlarına bu il daha sıx rast gəlinir. Xüsusilə də, İran körfəzi və Hind okeanında İsrail şirkətlərinə məxsus gəmilərə olunan hücumlar, eyni zamanda Suriyadan İrana neft daşıyan yük maşınlarına yönələn “atak”lar artıq mütəmadi hal almağa başlayıb.

İkincisi, demək olar ki, eyni vaxtda hər iki ölkədə hakimiyyət dəyişikliyi baş verib. Həm İsraildə, həm də İranda radikal qanad hakimiyyətə gəlib. Bu isə, həm Tel-Əvivin, həm də Tehranın qarşılıqlı mübarizədə öz sərt mövqelərini ortaya qoyacaqlarına inamı artırır.

Üçüncüsü, gərginlik ən yüksək səviyyəsinə İranda yeni prezidentin rəsmi andiçmə mərasiminin keçirildiyi vaxtda çatıb. Belə ki, avqustun 5-də İranda yeni prezidentin rəsmi inaqurasiya mərasimi keçiriləcək və tədbirdən sonra Rəisinin gələcək siyasəti ilə bağlı bir sıra açıqlamalar verəcəyi gözlənilir. Təbii ki, yeni liderin qatı mühafizəkar mövqeyini, eyni zamanda xalq qarşısında lider kimi ilk çıxışını edəcəyini nəzərə alarsaq, Rəisinin İsrail məsələsəində kəskin fikirlər səsləndirərək, geri addım atmayacağını indidən proqnozlaşdırmaq olar.

Dördüncüsü, İran hökuməti xalqın diqqətini daxilindəki problemlərdən yayındırmaq üçün, dünya təcrübəsində tez-tez rast gəlinən “xarici düşmənə qarşı birlik” taktikasına əl atmaqla etirazları saktiləşdirməyi düşünə bilər.

Ölkələrin mübarizə strategiyaları

Uzun illərdir davam edən rəqabəti göz önünə gətirsək, gələcək İran-İsrail mübarizəsinin hansı istiqamətdə gedəcəyini də ehtimal etmək olar. Belə ki, rəsmi Tehran Tel-Əvivə qarşı daha çox terror təşkilatlarının əli ilə öz planlarını həyata keçirməyə meyillidir. Xüsusilə də, “Hizbullah” və “Həmas”a İrandan gələn dəstək hər kəsə məlumdur. Və nə təsadüfdürsə, hər dəfə İranla İsrail arasında münasibətlər kəskinləşəndə, məhz adıçəkilən qruplaşmalar fəallıq göstərməyə başlayır.

İsrailin isə İranı parçalamaq planı haqqında məlumatlar dünya mediasında tez-tez işıqlandırılır.

Son dönəmlərdə cənub qoşumuzun ərazisində baş qaldıran etiraz dalğalarında da, məhz ayrılıqçı meyillər nəzərə çapır. Təsadüfi deyil ki, etirazların və qarşıdurmaların daha sərt şəkildə özünü göstərdiyi bölgələr ərəblərin sıx yaşadığı Xuzistan, azərbaycanlıların məskunlaşdığı Cənubi Azərbaycan və bəlucların kompakt yerləşdiyi Bəlucistan regionlarıdır. Bir sözlə, Tel-Əvivin İranı dağıtma planı məhz etnik ünsürlərin qabardılmasına əsəslanır.

Ümumilikdə isə, sadalanan səbəblərdən qarşımızdakı dönəmdə İran-İsrail rəqabətinin daha da güclənəcəyini proqnozlaşdırmaq olar. Lakin mübarizənin birbaşa hər iki ölkənin iştirakı ilə hərbi əməliyyatlara qədər böyüyəcəyi o qədərdə inandırıcı görünmür. Buna baxmayaraq, yaxın vaxtlarda “Hizbullah” və “Həmas”ın yenidən İsrail üçün təhdid yaratması və İranda baş qaldıran etirazları daha da gərginləşdirilməsi hər iki tərəfin bir-birinə qarşı əsas oyun kartları ola bilər. Suriya və Livanın isə, İran-İsrail toqquşmasının əsas mübarizə meydanı olacağı aşkar görünür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO