Tonoyanın istefası Paşinyanın yeni planının tərkib hissəsdir

Tonoyanın istefası Paşinyanın yeni planının tərkib hissəsdir

Hazırda oxunan: Tonoyanın istefası Paşinyanın yeni planının tərkib hissəsdir

3129

Ermənistanın “Hraparak” qəzeti Paşinyanın “Mənim addımım” partiyasının deputatları ilə keçirdiyi görüş haqqında sensasion məlumat yayımlayıb. 

Qəzet məlumat verir ki, “Mənim addımım” farksiyasına üzv olan deputatların 80%-i Paşinyandan narazıdır.

Deputatlar parlamentdə Paşinyanla keçirilən görüş zamanı bu narazılıqlarını bildiriblər. 

Paşinyan isə “Mənim addımım” fraksiyasının deputatlarına razlaşma təklif edib. Təklifə əsasən yeni hökümətin təşkil olunması və fraksiya üzvlərinin bu hökümətdə təmsilçiliyi müzakirə edilib. 

Görüşdən bir gün sonra isə artıq Paşinyanın mövcud hökümətin 80%-ni dəyişdirmək istədiyi ilə bağlı bəyanatları yayıldı. 

“Hraparak” Müdafi naziri David Tonoyanın istefasının da bu razılaşmada yer aldığını qeyd edir.

“Mənim addımım” fraksiyanın deputatları Tonayanın yerinə Andranik Koçaryanın gətirilməsini istəyiblər. 

Ancaq bu vəzifəyə Paşinyanın Baş məsləhətçisi vəzifəsində olan Vaqarşak Arutunyan təyin olunub.

Xatırladaq ki, Ermənistan müxalifəti parlamentdə səs çoxluğunu əldə etmək və Paşinyana etimadsızlıq göstərilməsinə nail olmaq üçün işlər aparır. 

Artıq “Mənim addımım” fraksiyasından bir neçə deputat istefa verib.

Əgər digər deputatlar da istefa versələr və ya Paşinyana qarşı əks mövqe tutsalar, parlamentdə səs çoxluğu müxalifətin tərəfinə keçəcək. 

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Armen Sarkisyan parlamentə növbədən kənar seçkilərə hazırlaşmağı tapşırmışdı.

Küçə nümayişləri ilə Paşinyanı istefaya məcbur edə bilməyən müxalifət, qanunvericilik orqanında səs çoxluğuna nail olmağa çalışır.

Görünən odur ki, Paşinyan müxalifəti qabaqlamaq üçün partiyası ilə razılığa gələrək hökumətin tərkibini dəyişməyə üstünlük verib. 

Digər tərəfdən də Paşinyanın xanımı Anna Akopyanın “Mənim Addımım” fraksiyasında çox ciddi nüfuza malikdir. 

Ermənistan mənbələri Anna Akopyanın hakimiyyət daxilində rolunun bu qədər artması “Mənim Addımım” farksiyasnın güclənməsi ilə əlaqələndirirlər. 

Bu isə Paşinyanın hakimiyyətini qoruyub saxamaq üçün bəzi məsələlərdə “Mənim Addımım” deputatlarına güzəştə getdiyini göstərir.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO