İran Azərbaycan məkanına müdaxilə edir – Cənub bölgəsində nə baş verir?

İran Azərbaycan məkanına müdaxilə edir – Cənub bölgəsində nə baş verir?

Hazırda oxunan: İran Azərbaycan məkanına müdaxilə edir – Cənub bölgəsində nə baş verir?

31266

Bakıdan uzaqlaşıb, üzü regionlara doğru yol aldığımız zaman xarici  ölkələrin Rusiya, İran, Gürcüstan, hətta Ermənistan teleradiolarının müdaxiləsi ilə rastlaşırıq. Şimalda Rusiya-Dağıstan, şimal-qərbdə Gürcüstan, cənubda İran, Qarabağda isə Ermənistan Azərbaycanın efir yayımına müdaxilələr edir.

Lakin bu müdaxilələrin ən iri miqyaslısı cənub qonşumuz olan İran tərəfindən həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə radio-televiziya stansiyası var? – Açıqlandı


Azərbaycanın cənub zonasında və işğaldan azad olunmuş ərazilərimizdə hətta Biləsuvar və Qəbələdə belə radiotezliklərimizin efir yayımına İranın müdaxilə etdiyi barədə  məsələ dəfələrlə gündəmə gəlsə də hələ ki, öz həllini tapmır.

Mütəxəssislərin rəyinə görə, buna əsas səbəb İran radio stansiyaları 5 kilovat gücündə çalışmalı olduğu halda, 20 kilovat gücündə işləməsidir. Bundan başqa qeyri-qanuni və protokolların pozulmasına baxmayaraq, onların stansiyaları dağların başına qoyulduğu üçün Azərbaycan efir məkanına asanlıqla qoşula bilirlər.

Bəs, mütəxəssislər bunun həll yolunu necə görürlər?

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzən Azərbaycan efirində  xarici dalğaların eşidilməsi hava şəriatindən asılı olur.

“Radio və televiziya dalğalarının ölkələr arası bir-birinə keçməməsi üçün müxtəlif texnoloji avadanlıqlardan - dalğavurucu, siqnalkəsici alətlərdən istifadə olunsa da bu tam mümkün olmur. Burada dalğanın gücü də böyük rol oynayır. Daha güclü dalğalar o biri siqnalları boğur”.

Amma bu məsələ təkcə texniki tərəfdən problem yaratmır. Bu hər bir dövlət üçün çətin bir situasiya doğura bilər. Çünki, məsələnin siyasi cəhətdən də böyük anlamı var.

Cənub və İranın radiotezliklərinin güclü olduğu digər ərazilərdə yaşayanlar hər zaman İranın radiodalğalarının daimi dinləyicisinə çevrilir. Bu zaman insanlar özləridə bilmədən rahatlıqla ətraf müdaxilələrin təbliğatı altına düşür.

Bu isə İranın istədiyi zaman Azərbaycana qarşı anti təbliğat apara bildiyi anlamına gəlir.  

Elvin Abbasov onu da qeyd edib ki, radio dalğaların ölkələrin sərhədlərində cüzi keçidləri belə Cenevrə konfransında razılaşdırılır.

“Keçən il Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistan da bu konfransda iştirak edərək, ölkələr radiodalğalar vasitəsilə bir-birlərinə təxribat etməyəcəkləri barədə razılaşmaya imza atıblar”.

Politoloq Cümşüd Nuriyevin isə bu məsələ ilə bağlı fikirləri tamam fərqlidir. O, Bizim.Media ilə dialoqu zamanı deyib ki, təkcə Cənub deyil hətta Aran zonasında, yəni Bakıdan Yevlaxa qədər ərazidə  İran televiziya və radiosu çox güclü işləyir.

“İranın “Səhər” televiziyası dəfələrlə Azərbaycan iqtidarının əleyhinə təbliğatlar aparıb. Onların əsas məqsədi cənub bölgəsinin tamamilə Azərbaycanın nəzarətindən çıxamaq və xuravatı təbliğ etməkdir. Bundan başqa Yevlaxdan Gəncəyə qədər ərazidə erməni radioları efir məkanımızı pozub bizə qarşı təbliğatlar aparırlar. Bu xüsusi diqqətə alınmalıdır, çünki informasiya təhlükəsizliyi milli təhlükəsizliyinin tərkib hissəsi kimi dəyərləndirilir”.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan Dövlət Radiotezliklər İdarəsi sorğumuza cavab olaraq bildirib ki, digər tezlik zolaqları kimi televiziya və FM radio diapazonu da qurum tərəfindən daimi olaraq nəzarətdə saxlanılır.

Bu tip problemlərin həlli istiqamətində beynəlxalq təcrübə öyrənilir və yaxın zamanlarda ən yaxşı dünya təcrübəsinin Respublika ərazisində tətbiqinə başlanılacaqdır.

“Kənar yayımların respublika ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə təsiri yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administarsiyaları ilə müvafiq işlər aparılır. Bu tip yayımlar aşkar edildikdə mütləq şəkildə milli maraqlara və Beynəlxalq Telekommunikasiya İttifaqının tələb və tövsiyələrinə uyğun olaraq aidiyyəti yerlərə məktub göndərilir və aradan qaldırılması üzrə tədbirlər görülür”. 

Agentliyin nümayəndəsi  problemin həlli istiqamətində  aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradıldığını da deyib.

Onun sözlərinə görə, işçi qrup mütəmadi olaraq radiomonitorinq işləri aparır və  efir məkanı nəzarətdə saxlayır. 

Bəzi mütəxəssislərin fikrincə, gələcəkdə tədricən rəqəmsal sistemə keçəndən sonra bu problemi tənzimləmək mümkün olacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO