Rus sülhməramlıları Qazaxa gəldi - 7 kənd qaytarılır?

Rus sülhməramlıları Qazaxa gəldi - 7 kənd qaytarılır?

Hazırda oxunan: Rus sülhməramlıları Qazaxa gəldi - 7 kənd qaytarılır?

31176

Bu gün Əskipara kəndinə Rusiya sülhməramlıları, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları və digər rəsmi şəxslər gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı erməni jurnalist Voskan Sərkisyan yerli mənbələrə istinadla yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Anklav kəndlərin taleyi necə olacaq? - Asim Mollazadədən BƏYANATIN PƏRDƏARXASI 


​​​​​​​Onun sözlərinə görə, hazırda Tavuş rayonundakı Azərbaycan anklavlarının geri verilməsi prosesi gedir:

"Əvvəllər də biz bildirirdik ki, SSRİ-nin xəritəsi Tavuşda da istifadə olunarsa, biz Əskipara strateji yolundan daha istifadə edə bilmərik. Azərbaycan bütün yolu öz nəzarətinə götürəcək, çünki SSRİ-nin xəritəsinə görə, bura onların ərazisidir".

Erməni jurnalist bildirib ki, Əskipara ilə bərabər, daha bir neçə kəndin də geri veriləcəyi gözlənilir.

Qeyd edək ki, Qazaxın 7 - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - kəndlərinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır müzakirə edilir. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO