Ceyhun Bayramovdan Yaponiyaya ZƏNG: Həmkarı ilə nədən danışdılar?

Ceyhun Bayramovdan Yaponiyaya ZƏNG: Həmkarı ilə nədən danışdılar?

Hazırda oxunan: Ceyhun Bayramovdan Yaponiyaya ZƏNG: Həmkarı ilə nədən danışdılar?

31159

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb. Mənbə bildirir ki, nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

C.Bayramov, hazırkı çətin vəziyyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışdı - NAZİRLƏR NƏYİ MÜZAKİRƏ ETDİ?


Tərəflər, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayaraq, bu xüsusda fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

C.Bayramov, yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO