“XXI əsrdə, insan şüurunun yüksək səviyyədə inkişaf etdiyi bir zamanda, kompüter və yüksək texnalogiyalar dövründə dünyanı çəpərləməyə ehtiyac görmürəm”.
Bu fikirləri Bizim.Media-nın “Litva Belarusla sərhəddə dörd metrlik divar tikəcək.
MÖVZU İLƏ BAĞLI:
Növbəti müharibə ANONSU: “Rusiya göz yumacaq və Ermənistan...” – Politolqodan AÇIQLAMA
Azərbaycanla Ermənistan sərhədində belə bir divarın olması mümkündürmü?” sualını cavablandırarkən Azərbaycan Kommunist Partiyasının rəhbəri Rauf Qurbanov deyib.
O bildirib ki, “Donald Trampın prezidentliyi dövründə ABŞ-la Meksika arasında belə bir divarın tikilməsinə qərar verilmişdi. O cümlədən, Arseni Yatsenyuk da Ukraynada baş nazir olduğu vaxtlarda Rusiya-Ukrayna dövlətləri arasında sərhəd boyu divarın tikilməsində israrlı idi və səhv etmirəmsə, divarın müəyyən hissəsi də çəkilmişdir. Son nəticə nədən ibarət oldu? Divarın çəkilməsi ilə əlaqədar xeyli korrupsiya halları ortaya çıxdı və divarın tikintisi dayandırıldı”.
Rauf Qurbanov belə bir qərarın verilməsini məntiqsizlik adlandırıb:
“Daş divarlar tikməklə xalqlar, millətlər arasında sədd çəkmək mümkünsüzdür. Onsuz da dövlətlər arasında sərhədlər, müvafiq qanunvericiliyə uyğun olaraq əlaqədar qurumlar tərəfindən qorunur. Əhalinin sosial–rifah halının yaxşılaşdırılmasına sərf ediləcək vəsaitin boş yerə daşa-sementə xərcləməsinə nə ehtiyac var?”.
Anar Rəhimov, Bizim.Media