Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ

Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ

Hazırda oxunan: Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ

30969

Milli Məclisin üzvü  Eldəniz Adil oğlu Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Bizim.Media xəbər verir ki, bu haqda qərar bu gün parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Xatırladaq ki, Milli Məclisə deputatın toxunulmazlığı ilə bağlı təqdimat Baş prokuror Kamran Əliyev tərəfindən verilib. 

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO