Yarım milyon azərbaycanlı familyasını dəyişir – Hikmət Babaoğlundan açıq DƏSTƏK 

Yarım milyon azərbaycanlı familyasını dəyişir – Hikmət Babaoğlundan açıq DƏSTƏK 

Hazırda oxunan: Yarım milyon azərbaycanlı familyasını dəyişir – Hikmət Babaoğlundan açıq DƏSTƏK 

30874

Xəbər verildiyi kimi Gürcüstanda yaşayan azərbaycanlılar “ov”, “yev” və digər soyad sonluqlarından imtina etmək üçün ölkə parlamentinə müraciət ediblər. Parlamentin Prosessual Məsələlər və Qaydalar Komitəsi Gürcüstanın azərbaycanlı vətəndaşları tərəfindən təqdim olunan təşəbbüsünü qəbul edib. Məsələ ilə bağlı müvafiq qanunvericilik təklifinin hazırlanacağı və layihənin ən azı 25 min seçicinin imzası ilə parlamentə təqdim olunacağı bildirilib. 

Qanun layihəsi, vətəndaşa qeyri-səciyyəvi / qeyri-ənənəvi şəkilçiləri ("ov" / "ev" və ya digər) soyadından çıxarmaq və ya ənənəvi orijinal şəkilçilərlə əvəz etmək hüququnun verilməsini nəzərdə tutur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Hikmət Babaoğlu sözügedən məsələnin əhəmiyyətindən söz açıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan azərbaycanlıları “ov” və “yev” soyad sonluqlarından imtina edir


Bildirib ki, bu, əslində Azərbaycan cəmiyyətində mövcud olan hüquqi-mənəvi ənənələrinin bir növ Gürcüstandakı soydaşlarımızın da davam etdirməsi arzusundan irəli gəlir ki, bu da təqdirəlayiq tədbirlərdən biridir:

“Söhbət Sovet dövründə qəbul olunmuş ov, yev və digər soyad sonluqlarından gedir. Azərbaycanda da bənzər soyad sonluqları ilə bağlı qanun qəbul edilib və vətəndaşlarımızı bu soyad sonluqlarını dəyişməkdə sərbəstdirlər. Çünki Sovet dövründən bizə miras qalmış bu cür soyad sonluqları milli-tarixi inkişaf prosesində soyad qəbuletmə ənənələrimizə zidd olan bir prosedurdur idi. Gürcüstanda yaşayan azərbaycanlı soydaşlarımız da məhz bundan imtina etmək təşəbbüsü ilə çxış edərək Gürcüstanın ali qanunverici orqanına müraciət ediblər. Hər halda bu addım sadəcə təqdirə edilə bilər.  Ona görə ki, soyad sonluğunun hansı formada və necə qəbul edilməsi ilə bağlı Gürcüstanın azərbaycanlı vətəndaşlarına bir hüquq tanınır. Onlar bu məsələdə sərbəst olacaqlar”.

Məlumat üçün bildirək ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Xatırladaq ki, Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo-Kartli bölgəsində qeydiyyatda olanların sayı 437.3 min nəfər təşkil edir ki, onlardan 192.3 mini şəhərlərdə, 245 mini isə kənd yerlərində yaşayırlar.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO