2 azərbaycanlı Özbəkistanda “Dostluq” ordeni aldı - FOTO

2 azərbaycanlı Özbəkistanda “Dostluq” ordeni aldı - FOTO

Hazırda oxunan: 2 azərbaycanlı Özbəkistanda “Dostluq” ordeni aldı - FOTO

30809

Xalqlar Dostluğu Günü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev millətlərarası dostluq və sabitliyin möhkəmlənməsində, milli mədəniyyətlərin, adət-ənənələrin qorunmasında və inkişafında, xarici dövlətlərlə mədəni-humanitar münasibətlərin yeni səviyyəyə qaldırılmasında, beynəlxalq aləmdə Özbəkistanın sülhsevər və humanist siyasətinin geniş təbliğində, gənc nəslin Vətənə sədaqət və məhəbbət ruhunda tərbiyə olunmasında xidmətlərinə görə istehsalat, elm, mədəniyyət, incəsənət xadimlərinə, azsaylı xalqların nümayəndələrinə ölkənin yüksək mükafatlarının verilməsi ilə bağlı Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, “Dostluq” ordeni alanlar arasında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və mərkəzin aktiv üzvü İlham Abdullayev də var.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO