Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi
Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bizim.Media