Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, əvvəlcə, parlament sədrlərinin təkbətək görüşü olub.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusu almaq istəyir” – Dövlət Dumasının spikeri
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün və Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən hər iki ölkənin parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.
Milli Məclisin Sədri Sahibə Qafarova bu sənədin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına əminliyini ifadə edib.
Bizim.Media