İsraillə Azərbaycan arasında TARİXİ ANLAŞMA - FOTO

İsraillə Azərbaycan arasında TARİXİ ANLAŞMA - FOTO

Hazırda oxunan: İsraillə Azərbaycan arasında TARİXİ ANLAŞMA - FOTO

30438

"Azərbaycan İnvestisiya Şirkəti" İsrailin "OurCrowd" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, memorandum əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəyə transferi həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb.

AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur. Şirkət İqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO