Ermənilərin Göyçə XOFU – “Azərbaycanlılar qayıdır...” 

Ermənilərin Göyçə XOFU – “Azərbaycanlılar qayıdır...” 

Hazırda oxunan: Ermənilərin Göyçə XOFU – “Azərbaycanlılar qayıdır...” 

30336

“Ermənilərin Kəlbəcər ərazisindən narahatlığının bir səbəbi də oranın Göyçə mahalına yaxın olmasıdır. Göyçədə 1988-ci ilə qədər təmiz azəri türkləri yaşayıb”.

Bu fikirləri Bizim.Media-a ilə dialoqu zamanı politoloq Cümşüd Nuriyev deyib. 

Politoloq bildirib ki, o zamanlarda göyçəlilər hətta qarışıq erməniləri belə o əraziyə buraxmırdılar. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlılar Göyçə mahalında yol çəkir – Yuxarı Şorca kəndinin başçısı


“Ermənilər son 30-32 ildə o ərazilərdə tam məskunlaşa bilməyiblər, bu isə onların qorxulu yuxusuna çevrilib. Onlar Göyçəni itirməkdən qorxurlar. Azərbaycanın torpağı olan Göyçə mahalı, o zamanlar min bir hiylə ilə alınaraq, ermənilərə verilib. Kəlbəcərin tez-tez atəşə tutulmasının bir neçə səbəbindən biri də budur”.

Ermənistan büdcəsinin 35-45 %-i

Politoloq, həmçinin erməni təxribatlarının digər səbəbindən “Söyüdlü” – Zod qızıl yatağından da danışıb.

“Ermənilərin aqressiyasının bir səbəbi də Zod qızıl yatağıdır. Məhz buna görə də onlar sərhədi önə çəkmişdilər. Çünki ermənilər yatağın Azərbaycana düşən 70 %-izini mənimsəmək istəyirdilər.
 

Bundan başqa ermənilər orada bir neçə tunel qazaraq, arxa tərəfdən də qızıl daşıyırdılar. Onlar özləri də etiraf ediblər ki, işğal müddəti ərzində “Vejnəli” və “Söyüdlü” yataqlarından ümumilikdə,  154.000 unsiya (1 unsiya – 31.1 qram) qızıl mənimsəyiblər”.


Siyasi analitik ermənilərin Azərbaycan qızıl yataqlarından əldə etdikləri büdcə vəsaitlərindən də söz açıb.

“Qızıl yataqlarından Ermənistan büdcəsinə hər il milyonlarla vəsait köçürülürdü. İşğaldan azad olunan torpaqlardan götürülən gəlir Ermənistan büdcəsinin 35-45%-ini təşkil edirdi. Bu illərə görə, dəyişib. Bəzən bu 70%-ə qədər çatıb. Hazırda birdən-birə büdcənin gəlir hissəsində bu cür boşluğun yaranması onları həddən-artıq narahat edir”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO