"Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur" - Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibə verdi

Hazırda oxunan: "Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur" - Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibə verdi

30249

"Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi mövcud deyil".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

“Bu il iyul ayının 7-də imzalanmış prezident fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni siyahısı təsdiq edilib. Bunlar arasında Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarından ibarətdir. Beləliklə, Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi müzakirə mövzusu ola bilməz”, deyə diplomat qeyd edib.

Səfir xatırladıb ki, ölkədə “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığı Azərbaycan tərəfdən ən yüksək səviyyədə dəfələrlə dilə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO