Moskvanın QIZIL hədəfləri – Zəngəzur Rusiyanın da qurtuluş YOLUDUR

Moskvanın QIZIL hədəfləri – Zəngəzur Rusiyanın da qurtuluş YOLUDUR

Hazırda oxunan: Moskvanın QIZIL hədəfləri – Zəngəzur Rusiyanın da qurtuluş YOLUDUR

30244

Son dönəmlər Rusiya xarici siyasətində əvvəlki illərdən fərqli aqressiya müşahidə olunur. Xüsusilə də, Kremlin artan hərbi fəallığı diqqəti cəlb edir. Bu cür vəziyyət isə Qərb tərəfindən narazılıqla qarrşılanır.

Rusiyanın sərt ritorikasını isə, son həftə ərzində atdığı addımlarda daha yaxşı müşahidə etmək olar.

İlk olaraq Moskva Orta Asiyada təlimlərə start verərək regionda öz iddiasını ortaya qoydu.

Böyük hərbi qüvvənin cəlb olunduğu təlimlər, Əfqanıstanla sərhəd olan KTMT ölkələri ərazisində keçirilməkdədir. Rəsmi Moskva sözügedən addımı atmaqla ABŞ-dan boşalan Əfqanıstan taxtına namizədliyini irəli sürdüyünü nümayiş etdirdi.

Növbəti aqressiv ritorika isə, Rusiyanın qərb sərhədlərində nəzərə çarpır. Hal-hazırda Ukrayna vətəndaşı olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili rəsmi Moskvanın regionda fəallığını önə sürərək, Rusiyanın müharibəyə hazırlaşdığı fikrini gündəm elədi.
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Keçmiş Prezidentin fikrincə, Kreml Ukraynaya hücum hazırlığı görür.

Moskvanın digər diqqətçəkən addımı isə iyulun 27-də ictimaiyyətə elan olundu. Belə ki, ölkənin müdafiə nazirliyindən gələn açıqlamada mümkün nüvə hücumu zamanı Kreml rəsmilərinin təxliyyəsi üçün xüsusi təyyarənin hazırlandığı bildirildi.

Rusiyanın, eyni zamanda birbaşa olmasa da, mövcudluğunu qoruduğu digər kilid region olan Cənubi Qafqazda da gərginliyin davam etməsi diqqətdən yayınmamalıdır.

Məcburiyyətdən doğan siyasət

Sadalanan addımların atılmasında isə bir sıra özünəməxsus səbəblər mövcuddur.

Birincisi, Qərbin Rusiyaya olan basqıları fonunda Moskv mümkün rıçaqlardan istifadə edərək hücumu kütləşdirməklə məşğuldur. Bu səbəbdən də həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada, həm də Şərqi Avropada Qərbin əsas gücə çevrilməsinə mane olmaq üçün Rusiya “güc nümayişi” taktikasından istifadə edir. Xüsusilə də, Ermənistan və Belarusda bu özünü ən üst səviyyədə göstərir.

İkincisi, Kreml xüsusilə də öz regionunda əsas iqtisadi güc olduğunu önə çəkir, özünün böyük işçi bazarı ilə region ölkələrinin əsas iqtisadi tərəfdaşı kimi öz mövqeyini qorumağa çalışır.

Üçüncüsü, Rusiya bu gün “nöqtə atışı” etməklə əsas prioritetlərinə nail olmağa məcburdur.

Obrazlı desək, “Arxada Moskvadır...”.

Moskvanın “10” xallıq hədəfləri

Rusiyanın əsas hədəfləri isə fəallıq göstərdiyi regionlara görə fərqlilik göstərir. Belə ki, Ukrayna ətrafında artan fəallığın və “nüvə təyyarəsi”ni əsas səbəbi birbaşa olaraq rəqiblərinə yönələn təhdid ismarışlarıdır. Bununla rəsmi Moskva Qərbə geri addım atmayacağını və mövcud vəziyyəti qorumaq üçün nüvə müharibəsindən belə çəkinmədiyini nümayiş etdirməyi hədəfləyir.

Lakin Əfqanıstan və Cənubi Qafqazın Rusiyanın əsas hədəfi olduğunu da qeyd etməliyik.

Əgər rəsmi Moskva adıçəkilən regionlarda əsas söz sahibinə çevrilə bilərsə, həqiqətən də öz hegemon dövlət imicini qoruyub saxlaya biləcək. Çünki həm Əfqanıstan, həm də Cənubi Qafqazın əsas logistik marşrutuna çevrilməsi planlaşdırılan Zəngəzurda mövcudluğunu təmin etmək, Moskvaya dünyanın əsas logistika xətlərinə nəzarət etmək imkanı verəcək və Rusiya öz iqtisadi gücünə güc qatmağı bacaracaq.

Ümumilikdə isə, şimal qonşumuzun məqsədlərinə nail olması Kremli əvvəlki günlərinə qaytaracaq. Bu isə, rəsmi Bakıya həm Zəngəzur dəhlizi məsələsində, həm də son zamanlar inkişaf edən Azərbaycan-Rusiya münasibətləri baxımından önəmli qapılar açacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO