Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

30214

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Pakistan parlamentinin sədri Qarabağ zəfəri münasibətilə təbriklərini çatdırıb.

Ə.Qeysər bildirib: “Azərbaycanı dəstəkləmək bizim üçün qürurvericidir. İnanırıq ki, bizim əlaqələrimiz gələcəkdə daha möhkəm və sıx olacaq. Bakı Bəyannaməsi bizim bir çox sahədə münasibətlərimizin inkişafına yeni yol açdı. Bizim xüsusilə təhsil və enerji sahələrində yeniliklər edəcəyimizə inanıram. Azərbaycan hər zaman bizə doğma ölkə olub və bu, hər zaman belə olacaq”.

C.Bayramov qeyd edib ki, Bəyannamənin imzalanmasından sonra əlaqələrimizdə yeni mərhələyə başlayır:

“Tamamilə əminik İslamabad və Bakı bəyannamələri əlaqələrimizi daha da möhkəmləndirəcək. Azərbaycan Pakistanın dəstəyini daim hiss edir və bu, qürurvericidir. Pakistan Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə mənəvi köməyini göstərdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO