Türkiyədəki yeni səfirimizin DOSYESİ 

Türkiyədəki yeni səfirimizin DOSYESİ 

Hazırda oxunan: Türkiyədəki yeni səfirimizin DOSYESİ 

29956

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Bizim.Media xəbər verir ki, Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub. 

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını və  Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Türkiyəyə yeni səfir təyin etdi - Xəzər İbrahim geri çağırıldı

 
2010-cu ildə Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi alıb və 2010–2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu, 2015-2021-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO