Sabah Azərbaycan, Türkiyə və Pakistanın spikerləri “Bakı bəyannaməsi” imzalayacaq

Sabah Azərbaycan, Türkiyə və Pakistanın spikerləri “Bakı bəyannaməsi” imzalayacaq

Hazırda oxunan: Sabah Azərbaycan, Türkiyə və Pakistanın spikerləri “Bakı bəyannaməsi” imzalayacaq

29943

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. 

Bizim.Media xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. 

Mənbə yazır ki, toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. 

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. 

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO