Biləcəridə lisenziyasız aptek fəaliyyət göstərir

Biləcəridə lisenziyasız aptek fəaliyyət göstərir

Hazırda oxunan: Biləcəridə lisenziyasız aptek fəaliyyət göstərir

29932

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində lisenziyasız aptek fəaliyyət göstərir. Bu barədə Moderator.az saytını bilgili qaynaq məlumatlandırıb. Mənbənin sözlərinə görə, qeyri-qanuni fəaliyyət göstərən aptekdə kassa aparatı da mövcud deyil: “Biləcəridə lisenziyasız, heç bir qanuni-hüquqi bazaya söykənmədən fəaliyyət göstərən bu aptek keyfiyyətsiz dərmanları ilə tanınmaqdadır. Əsasən Hindistan istehsallı dərmanların satışı ilə məşğul olan aptekdə nə kassa aparatı, nə də post-terminal yoxdur. Aptek el arasında “ləzgi Mübariz” kimi tanınan Mübariz adlı iş adamına məxsusdur. İşin ən maraqlı tərəfi isə budur ki, fəaliyyətinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyən və bu səbəbdən də üzərində lisenziya nömrəsi göstərilməyən aptekin fəaliyyəti il uzunudur ki, maneəsiz davam edir. Vətəndaşlar isə hesab edir ki, özlüyündə təhlükə mənbəyi olan bu aptekin fəaliyyəti ciddi şəkildə təftiş edilməli və bu qanunsuz fəaliyyətə xitam verilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO