AKP nümayəndə heyəti Şəhidlər Xiyabanında - FOTO 

AKP nümayəndə heyəti Şəhidlər Xiyabanında - FOTO 

Hazırda oxunan: AKP nümayəndə heyəti Şəhidlər Xiyabanında - FOTO 

29909

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib. 

Bizim.Media xəbər verir ki, qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub.

Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər. 

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib. 

Nümayəndə heyəti daha sonra Türk şəhidliyi abidəsində olublar. 

Orada Şərəf kitabının imzalanması da baş tutub. N.Kurtulmuş kitaba ürək sözlərini yazıb. 

Qeyd edək ki, N.Kurtulmuş və nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, eləcə də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO