Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Hazırda oxunan: Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

0:00
0:00
29831

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.

Bizim.Media "Anadolu" Agentliyinə istinadla məlumat verir ki, TBMM sədri Azərbaycan-Pakistan-Türkiyə parlament başçılarının Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.

27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq. Şentop Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.

İyulun 28-də isə TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü olacaq.

M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO