"İki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlandırılmasına münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistlərdən onlara tikilən bina ilə bağlı prezidentə MÜRACİƏT: "Şəhid ailələri və qazilərə..."
"Milli sosial qaragüruhun ayrılmaz qanadı kimi özünü büruzə verən jurnalist qaragüruhunun yönləndirilməsi ilə bir fikrin, bir təklifin necə linç edilməsinin şahidi olduq.
Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq nə millət vəkili Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu sənəd imzalayıb göndərən jurnalistlərin bu təşəbbüsünü dəstəkləyirəm.
Şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir.
Üçüncü bina isə xüsusi etimada malik komissiya tərəfindən müəyynələşdirilən cəmiyyətimiz üçün dəyərli olan istedadlı alim, jurnalist, yazar, həkim, müəllim, tərcüməçi, mühəndis və başqa peşə sahiblərinə verilməlidir.
Əlbəttə, bu bir fikirdir, bir təklifdir, bəyənilib, bəyənilməməsi də normaldır. Bütün hallarda son qərar prezidentə aiddir və əminəm ki, ədalətli şəkildə bu mübahisələrə son qoyacaq" deyə, deputat bildirib.
Bizim.Media