Hakimiyyətin orijinal anti-İbrahimbəyov planı

Hakimiyyətin orijinal anti-İbrahimbəyov planı

Hazırda oxunan: Hakimiyyətin orijinal anti-İbrahimbəyov planı

29780

Hakimiyyətin Milli Şuradan prezidentliyə gözlənilən namizəd, məşhur kinorejissor Rüstəm İbrahimbəyova qarşı orijinal plan hazırladığı məlum olub. “Yeni Müsavat”ı məlumatlandıran mənbə bildirir ki, İbrahimbəyovun müxalifətin vahid namizədi kimi seçkiyə qatılmasını əngəlləmək mümkün olmasa, hakimiyyət ona qarşı ilginc seçki texnologiyasını işə salacaq: seçkilərdə R.İbrahimbəyovla mübarizə aparmaq üçün “namizədin klonlaşdırılması” texnologiyasından istifadə olunacaq.

Söhbət R.İbrahimbəyova alternativ olaraq onunla təxminən eyni göstəricilərə malik olan, yəni ağsaqqal, beynəlxalq səviyyədə tanınan, rusdilli, lakin “kosmopolit” yox, “ağır seyid nəslindən” olan və ziyalı birinin namizədliyinin irəli sürülməsidir. Bu namizədin vəzifəsi ancaq R.İbrahimbəyovun tezislərini vurmaqdan ibarət olacaq. Mənbə həmin ehtimal olunan namizədin adını da deyib. Lakin bəzi əlavə dəqiqləşdirmələrə ehtiyac olduğundan adı hələlik yazmırıq. Bununla belə sözügedən göstəricilərə malik azı iki potensial namizəd üzərində iş getdiyi məlumdur.


“Rəqibin klonlaşdırılması” Rusiya və İsrail siyasi texnologiyalar məktəbində hazırlanan, bir çox ölkələrdə tətbiq olunan texnologiyadır. Bu texnologiyanın əsas hədəfi rəqibin elektoratını parçalamaq və narazı elektoratın ona meyllənməsini əngəlləməkdir. Texnologiya rəqibin özünü “klonlaşdırmaqla” yanaşı onun seçki platformasının əsas müddəalarını da özününküləşdirir, yəni rəqibi öz silahı ilə vurur. Bu texnologiyadan 2005-ci il parlament seçkilərində Eldar Namazova qarşı tətbiq etməyə çalışmışdılar.

R.İbrahimbəyova qarşı bu texnologiyanın tətbiqinin nə dərəcədə effekt verəcəyini demək çətindir. Ancaq o məlumdur ki, hakimiyyət bu texnologiyanı potensial rəqibə qarşı mümkün variantlardan biri kimi hazırlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO