Ayaz Salayevin Bakı ermənisini pərt etdiyi anlar - VİDEO 

Ayaz Salayevin Bakı ermənisini pərt etdiyi anlar - VİDEO 

Hazırda oxunan: Ayaz Salayevin Bakı ermənisini pərt etdiyi anlar - VİDEO 

29767

30 il Azərbaycanda yaşamış, "Veçernaya Baku" nəşrində müxbir işləmiş İda Martirosyan və əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayevin canlı debatı olub.

Bizim.Media xəbər verir ki, debat zamanı Ayaz Salayevin verdiyi bir çox suallara cavab tapa bilməyən İda bəzən söhbəti başqa yönə dartmağa çalışıb. 

“Arsax” adı keçən bir qədim erməni mahnısı varmı?

Söhbət əsnasında Ayaz Salayevin Azərbaycan muğamı haqqında verdiyi sualı isə ermənini lap çaş-baş vəziyyətə salıb.

“Mən sizin verlişlərinizdə dediyiniz bir neçə frazanı şərh etmək istəyirəm. Siz verilişlərinizin birində Şuşada Xarı Bülbül festivalında səsləndirilən muğamdan söz açmısınız. Siz bu muğamın məhz Paşinyanın həyat yoldaşının acığına səsləndirildiyini deyirsiz. Çünki o, Azərbaycanın Birinci xanımını muğama dinləməyə dəvət edirdi. Lakin muğamın orada səsləndirilməsinin əsas səbəbi var, çünki Şuşa muğamın vətənidir. Siz Bakıda yaşayan bir insan kimi hələ də bunu başa düşməmisinizsə, mənim sizə deyiləcək başqa sözüm yoxdur. Deməli siz muğamı başa düşə bilməzsiniz.
 

Mən sizə bir sual vermək istəyirəm. “Arsax”ın adı keçən bir qədim erməni mahnısı varmı? Necə ki, bizdə Qarabağ şikəstəsi var. Bilirəm bu sual sizin üçün xoşagəlməzdir”.


İda isə öz növbəsində yenidən suala cavab verməmək üçün tamamilə başqa mövzudan danışmağa başlayıb. O, bildirib ki, həqiqətəndə rejissorun verdiyi sual onun üçün gözlənilməzdir.
 

“Gizlətməyəcəm, söhbətimizin bu cür davam etməsi məni bir az qıcıqlandırır. Mən sizi inandırım ki, mən emosiyalarımı bundan artıq da göstərə bilərəm.


Ancaq mən sakit qalmağa üstünlük verirəm. Tibbə görə bizim və sizin cəmiyyət də xəstə təfəkkürə malikdir. Tibdə həm daxili, həm də xaricdən qəbul edilən dərmanlar var. Mən keçmiş məsələlərə qayıtmaq istəmirəm. Artıq bir fizik kimi danışmaq istəyirəm. Fizikada çıxıntılı və çökük linza şüşələri var. Mən və bütün ermənilər baş verən hadisələr zamanı zərbə alan şüşələrdə özümüzü gördük. Biz orada gördüklərimizi dərk edirik. Düzdür hələ ki, bunu emosional şəkildə edirik. Ancaq çalışırıq bütün olanları rasional tərzdə qəbul edək. Mən çox ümid edirəm ki, bu rasional çıxış yolunda, bütün qonşularımızla normal rəftar da öz yerini tapacaq”.

Vüsalə Balayeva, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO