"Ermənistanda hələ də xarici muzdlu döyüşçülər var...” – Kəlbəcər atışmasının doğurduğu SUALLAR 

Hazırda oxunan: "Ermənistanda hələ də xarici muzdlu döyüşçülər var...” – Kəlbəcər atışmasının doğurduğu SUALLAR 

29749

"Sərhəddə gedən proseslər gözləniləndir. Ona görə ki, Ermənistanla indiyə qədər sülh müqaviləsi bağlanmayıb, biz düşməni sadəcə yuvasına kimi qovmuşuq. Ancaq düşmənçilik niyyətindən əl çəkdirə bilməmişik".

Bu sözləri sərhəddə baş verənlər haqqında Bizim.Media-ya açıqlama verən hərbi ekspert Şair Ramaldanov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistanla sülh ermənilərlə bizdən başqa heç kimə lazım deyil" - ATIŞMANIN PƏRDƏARXASI


Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan qələbə qazanandan sonra öz dövlət sərhəddini qurur:

"Və təbii ki, bu prosesə mane olan qüvvələr də var. Ermənistan hökumət nümayəndələri arasıra beynəlxalq qurumlara müraciət edirlər və Azərbaycanın sərhədləri qurmasına mane olmaq istəyirlər. Lakin 1976-cı ilki (SSRİ dövründəki) sərhədlərin qurulması davam edir. Ermənistanın isə bütün niyyətləri qonşuluq prinsiplərindən uzaqdır. Onlar müxtəlif addımlarla həm Rusiya, həm də KTMT-nin digər üzvlərinin diqqətini cəlb etmək istəyirlər."

Hərbi ekspert iddia edir ki, İrəvan sərhəddə atəşkəsi pozur ki, Azərbaycanın adekvat addımına görə KTMT də məsələyə müdaxilə etsin. Düzü, Bakı İrəvanın bu tülkülük hiyləsi ilə çaqqallıq həmləsinə heç 44 günlük savaşda da getmədi.

Digər tərəfdən Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ləngitmək istəyir, hər cür yollar axtarırlar ki, prosesi müəyyən formada uzatsınlar. O ki qaldı erməni cəmiyyətinə...

"Erməni cəmiyyətini qiymətləndirsək, görürük ki, ermənilər seçkilərdə müharibəyə yox dedi. Yəni, erməni cəmiyyəti Azərbaycan ilə sülh və sabitliyi gözləyir. Əks halda, seçkilərdə daha radikal nümayəndələrə səs verərdilər. Amma biz bilirik ki, Ermənistanda hakimiyyət heç vaxt müstəqil olmayıb. Ona görə də onların hökuməti kimlərinsə əmrini yerinə yetirir. Bu addımlar erməni xalqının ziyanına olsa da. Ermənistanda anlayırlar ki, Zəngəzur enerji koridoru kimi işləməyə başlasa, ermənilər dəhlizdən ancaq qazanc əldə edəcəklər. Siyasi mövzulara çox toxunmaq istəməzdim, amma hərbi cəhətdən biz bilməliyik ki, düşmənlə həmsərhədik. Bütün ehtiyatlarımızı qurmalıyıq və bu istiqamətdə işlər aparılır. İndi qış mövsümünə böyük hazırlıq gedir.

Sərhəddə olanlar Ermənistan tərəfindən nə birinci, nə də sonuncu atəşkəs pozulması deyil. Hələki Azərbaycan mövqeləri düşməni cavab atəşi ilə susdururlar. Azərbaycan vəziyyəti nəzarətdə saxlayır".


Şair Ramaldanov qeyd etdi ki, bütün insidentlər təhlil olunur, araşdırılır. Bu işlər yekunlaşdıqdan sonra müəyyən qərarlar qəbul ediləcək:

"Ermənistanda çoxları tərkisilah olunmayıb, muzdlu döyüşçülərin hələ aqibəti bilinmir, orada hələ də müəyyən qruplar var. Ola bilsin ki, onlar da atəşkəsin pozulmasında maraqlıdırlar. Sərhəddə gərginliyi xaricdən maliyyələşən ermənilər də törədə bilərlər. Hazırda araşdırma gedir"

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO