28 iyulda yenə də CENEVRƏDƏ – Supergüclər dünyanı necə böləcək?

28 iyulda yenə də CENEVRƏDƏ – Supergüclər dünyanı necə böləcək?

Hazırda oxunan: 28 iyulda yenə də CENEVRƏDƏ – Supergüclər dünyanı necə böləcək?

29737

Rusiya və ABŞ arasında danışıqların növbəti raundu iyulun 28-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Nazirliyin verdiyi açıqlamada “Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Co Baydenlə 16 iyun görüşündə əldə edilən razılaşmaların inkişafı istiqamətində, iyulun 28-də Cenevrədə strateji sabitlik mövzusunda Kreml-Ağ Ev dialoqunun yeni mərhələsi keçiriləcək”,- deyə bildirilib.

Görüş zamanı əsas müzakirə mövzuları haqqında da nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətə məlumat verilib:

“Strateji sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi məsələləri, eyni zamanda silahlara nəzarət perspektivləri müzakirə ediləcək”.

Qeyd edək ki, tərəflərin idarələrarası nümayəndə heyətlərinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman rəhbərlik edəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO