"Ermənistanla sülh ermənilərlə bizdən başqa heç kimə lazım deyil" - ATIŞMANIN PƏRDƏARXASI

Hazırda oxunan: "Ermənistanla sülh ermənilərlə bizdən başqa heç kimə lazım deyil" - ATIŞMANIN PƏRDƏARXASI

29727

"Ermənistan tərəfi sərhəddə vəziyyəti gərginləşdirmək, demarkasiya və delimitasiyaya mane olmaqla ilk növbədə özünə əlverişli situasiya yaratmaq istəyir. Amma göründüyü kimi, Ermənistanın bu planları fiaskoya uğrayır. İrəvan çalışır ki, bu tip olaylarla Fransa və Rusiyanın Azərbaycana müəyyən təzyiqinə nail olsun"

Bu sözləri Bizim.Media ilə sərhəddə baş verənlər barədə diskussiya aparan politoloq Məhəmməd Əsədullazadə səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Heç kim bizi dayandıra bilməz" – Prezidentdən qəti MESAJ - VİDEO


Bu təzyiqlərin məqsədinə gəlincə...

"Bu təzyiqlərdə əsas məqsəd Azərbaycanı həm nəzarət etdiyi yüksəkliklərdən kənarlaşdırmaq və öz şərtlərini diqtə eləməkdir. Təbii ki, bu da sərhəddə yeni böhrana gətirib çıxarır, Ermənistan tərəfi bununla 10 noyabr və 11 yanvar razılaşmalarını kobud şəkildə pozur".

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi adekvat addımlar atır və İrəvanın qara planlarının qarşısı tam alınacaq. Bütün olanlara rəvac verən isə...

"Fransa və Rusiyadır. Məqsəd regionda vəziyyəti gərginləşdirmək və Azərbaycanla Ermənistan arasındakı mümkün sülh prosesinə mane olmaqdır. Nə qədər ki, sülh sazişi bağlanmayıb, Ermənistanın bu təxribatlarının davam etməsi istisna deyil. Çünki Ermənistan konkret olaraq müstəqil dövlət deyil. İrəvan bölgədə maraqlı ölkələrin siyasətinə bir alətdir. Ona görə də belə təxribatların qarşısını almaq üçün Azərbaycan sərhəddə təhlükəsizlik zolağı yaratmalıdır. Belə olmasa, erməni təxribatları davam edəcək. Nə Avropa İttifaqı, nə ABŞ, nə də Rusiya sülhün əldə olunmasına çalışmayacaq".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO