Dindarların məhkəməsi təxirə salındı

Dindarların məhkəməsi təxirə salındı

Hazırda oxunan: Dindarların məhkəməsi təxirə salındı

29654

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Prosesdə ifadə vermək üçün şahidlərin gəlsə də, təqsirləndirilən şəxslərdən iki nəfərinin vəkilləri - Elçin Əliyev və Anar Qasımlı iştirak etmədiyinə görə, hakim prosesin keçirilməsinin prosessual qaydalara zidd olduğunu bildirdi. Digər vəkillər bildirdilər ki, Anar Qasımlı və Elçin Əliyev Apellyasiya Məhkəməsində başqa prosesdə iştirak etdikləri üçün gələ bilmirlər. Hakim vəkillərin prosesdə iştirak etməmələri ilə bağlı tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət ediləcəyini bildirdi və növbəti prosesi 27 iyun saat 10:30-a təyin etdi. 
Qeyd edək ki, Nicat Əliyev və daha 7 dindar - Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqi Emin, Məmmədov Səfər, Ceyhun Səfərli, Əliyev Əli 2012-ci il Bakıda keçirilən "Eurovision" musiqi yarışması ərəfəsində şəhər əhalisi arasında disk yaymaqda ittiham olunaraq həbs ediliblər. Diskdəki videorolikdə Azərbaycanda yarışmadan əvvəl "geyparad" keçiriləcəyi bildirilir və sosial problemlər, Qarabağ problemi, məmur özbaşınalıqları, dini qadağalar və s problemlərin yaşandığı ölkədə bu cür yarışmanın keçirilməsinin yolverilməz olduğu vurğulanır. 
2012-ci il mayın 20-də saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə yeni ittihamlar irəli sürülüb. 
Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları hesab edir ki, N.Əliyev dini mövqeyinə və “Eurovision”la bağlı sərt açıqlamalarına görə həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO