AKP heyətinin Azərbaycana səfər proqramı açıqlandı

AKP heyətinin Azərbaycana səfər proqramı açıqlandı

Hazırda oxunan: AKP heyətinin Azərbaycana səfər proqramı açıqlandı

29648

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin I müavini Numan Kurtulmuşun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  AKP nümayəndə heyəti 4 günlük səfər çərçivəsində YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Baş nazirin müavini Əli Əhmədovla görüşəcək.

Səfər proqramında Prezidenti İlham Əliyevlə görüş də yer alıb. 

İyulun 28-də Gəncədə YAP və AKP arasında ikitərəfli Əməkdaşlıq Protokoluna müvafiq olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək. Səfər N. Kurtulmuş və T. Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı ilə başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO