Zelenskidən sərt ismarıc: “Makron “Normand dördlüyü”nü süni tənəffüslə saxlayır”

Zelenskidən sərt ismarıc: “Makron “Normand dördlüyü”nü süni tənəffüslə saxlayır”

Hazırda oxunan: Zelenskidən sərt ismarıc: “Makron “Normand dördlüyü”nü süni tənəffüslə saxlayır”

29316

“Normand dördlüyü formatı komadadır".

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Politique Internationale” jurnalına verdiyi müsahibədə deyib.

“Fransa prezidenti Emmanuel Makron onu süni tənəffüslə saxlayır, lakin proses açıq şəkildə komadadır. Bu prosesin ən yaxşı tərəfi atəşkəsdir ”, - deyə dövlət başçısı əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Merkellə dil tapa bilmədi – Berlin Kiyevi Moskvanın ayağına verdi?


Qeyd edək ki, 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand dördlüyü”nə böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 

2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra "Minsk-2” razılaşması əldə edilib.

Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO