İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, Baş prokuror Kamran Əliyev təşəkkürünü bildirməklə həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib.
Telefon danışığı zamanı hər iki dövlət başçılarının rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdiriləcəyinə əminlik ifadə olunmaqla, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:46 / 20.07.2021
Bəkir Şahin Kamran Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Bəkir Şahin Kamran Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Bəkir Şahin Kamran Əliyevi TƏBRİK ETDİ
29218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.