"Atəşkəsin hər gün pozulmasında qeyri-adi nəsə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib. Qarşı tərəf ona görə atəş açır ki, bununla guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır".
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu - hərbi qulluqçumuz yaralandı
Bizim.Media xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabında bildirib:
"Müharibə etdik, torpaqlarımızın böyük qismini azad etdik, ancaq hələ görəcəyimiz işlər var. Atəşkəsə o zaman tam riayət olunacaq ki, biz Qarabağa və Laçın dəhlizinə tam nəzarət edək, Qazaxın 7 kəndi, Naxşıvanın 1 kəndi geri qaytarılsın, Zəngəzur dəhlizi işə düşsün və nəhayət iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalansın.
Bütün bunlar reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək.
Qarşı tərəf atəş açırsa, deməli həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daimi təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatşı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar onları da torpaqlarımızda rahat həyat gözləmir".
Xatirə, Bizim.Media