Vladimir Putin: “Dünya hər zaman Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb

Vladimir Putin: “Dünya hər zaman Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb"

Hazırda oxunan: Vladimir Putin: “Dünya hər zaman Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb"

2916

“Dünya hər zaman Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ona görə də KTMT bu məsələyə qarışa bilməzdi. Çünki, Ermənistan ərazisinə heç kim təcavüz etmirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” kanalında Dağlıq Qarabağ haqqında sualları cavablandırarkən deyib. 

“Mən oktyabr ayında Prezident İlham Əliyev ilə atəşkəs barədə razılığa gəlmişdim. Lakin Azərbaycan tərəfinin qoyduğu şərtlərə Ermənistan höküməti razı olmadı.”,- deyə o, müsahibəsində deyib.

***

“Dağlıq Qarabağın statusu hələ də məlum deyil, rəsmi Moskva status-kvonu qoruyur”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" kanalına verdiyi müsahibəsində deyib.

O, bildirib ki, Ermənistan və Azərbaycan arasında normal münasibətlər qurularsa, o zaman Dağlıq Qarabağın status məsələsi də həll olunacaq.

“Dağlıq Qarabağın münaqişəsində Türkiyənin Azərbaycanın tərəfinə keçməsi SSR-nin dağılmasının geosiyasi nəticəsidir. Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verə bilərsiniz, amma beynəlxalq hüququ pozmaqda günahlandıra bilməzsiniz”.

***

Daha sonra Vladimir Putin sazişin imzalanması Ermənistanı böyük bəlalardan qoruduğunu deyib.

“Ermənistanın Qarabağ sazişindən imtina etməsi, ölkəni məhvə aparardı. Ermənistan hakimiyyətinin bundan başqa yolu yox idi”.

***

Putin qeyd edib ki, Türkiyə və Rusiya mövqeləri hər zaman üst-üstə düşmür, hətta diametral olaraq fərqlənir, amma diplomatiya uzlaşmanın yolunu tapmaqdır.

***

"Qarabağ məsələsindəki razılaşmalar daha əvvəl olsaydı, müharibənin qarşısını almaq olardı. Ən vacib olan qan tökülməsini dayandırmaq idi. Rəsmi məlumata görə 4 minə yaxın insan öldü, amma düşünürəm ki, daha çoxdur. Qarabağdakı döyüşləri dayandırmaq erməni tərəfinin maraqlarına cavab verirdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO