Ermənistanda 90-cı illər yenidən yaşanır – Razi Nurullayev

Ermənistanda 90-cı illər yenidən yaşanır – Razi Nurullayev

Hazırda oxunan: Ermənistanda 90-cı illər yenidən yaşanır – Razi Nurullayev

2897

Xəbər verdiyimiz kimi Ermənistanda quldurluq, oğurluq, soyğunçuluq hadisələri kimi özbaşınalıq baş alıb gedir.

Bunun səbəblərindən biri ölkədə hakimiyyətsziliyin hökm sürməsidir. Həmçinin çökmüş Ermənistan iqtisadiyyatı da ölkədə kriminal hadisələrinin sayının artmasına şərait yaradır.

Ötən gün bir qrup şəxs Ermənistanda yaranan vəziyyətdən, ölkənin sahibsiz qalmağından istifadə edərək Kəlbəcərdə soyğunçuluğa cəhd edərkən saxlanılıb.

Bundan başqa, ötən gün Ermənistana məxsus “Armenia” hava yolları şirkətinin direktorunun kabinetindən qapının kilidini açmaq yolu ilə böyük məbləğdə pul oğurlannması  kimi xəbərlər də tez-tez tirajlanıb.

Xarici mətbuatda yayılan xəbərlərə əsasən quldurluq və oğurluq halları orduda da baş alıb gedir. Yerli əhali ilə bərabər Livandan, Suriyadan köçürülmüş etnik ermənilər kriminal hadislərdə daha çox fəaldırlar.

Mövzunu Bizim.Media-ya millət vəkili Razi Nurulla şərh edir:

“SSRİ dağılanda sonra ölkələr hansı  ssenari üzrə tənəzüll etmişdisə, Ermənistan o günlərə yenidən geri qayıdıb''.

''Bu da o deməkdir, o vaxtdan bu günə kimi Ermənistanın  normal dövlətçilik inkişafı olmayıb. Onlar, millət, xalq yox, toplu şəkildə yaşayan canlılardır”.

Millət vəkili qeyd edib ki, dövlət əhalinin ehtiyacını ödəyə bilmir. Ermənistan əhalisi küçələrə çıxıb aksiyalar keçirirlər. İndi onlarda ciddi iqtisadi böhran yaşanır:

“Suriyadan, Livandan vətəndaşlar gətirib ərazilərimizdə yerləşdiriblər. İndi o şəxslər aclıq içindədirlər''.

''Onlar da Ermənistan üçün indi kriminala çevriliblər. Həmin ölkənin vətəndaşları qulldurluq, oğurluq etməkdə daha fəaldırlar''.

''Bilirlər ki, əhali mal-qarası, şəxsi mülkünü qoyub gedib. Cəza, qayda-qanun olmayan ölkədən quldur dəstələri də istifadə edirlər. Ermənistanda asayişin bərpası da hələ uzun vaxt aparacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO