Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin törətdiyi beynəlxalq hüquq və humanitar hüquq normalarının pozuntuları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir.
Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, Ombudsman öz mandatı çərçivəsində müvafiq dəlil və sübutların toplanılması və təhlil edilməsi nəticəsində əldə edilmiş materiallar əsasında hesabat hazırlayıb.
Hesabat Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdükləri Azərbaycanlı əsgər və hərbi qulluqçulara qarşı törətmiş olduğu işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktlarını əyani sübutlarla özündə əks etdirir.
Hesabatda əsir götürülmüş hərbi qulluqçulara qarşı törədilən işgəncə, qeyri-insani və alçaldıcı rəftar halları ilə yanaşı, Azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və digər bu kimi faktlar qeyd edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.
Hazırlanmış hesabatda konfidensial xarakterli məlumatların (fotoşəkillərin), habelə insan psixologiyasına dərin təsir göstərə biləcək ağır səhnələrin yer alması ilə əlaqədar sözügedən hesabat ictimaiyyətə açıqlanmır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:17 / 17.07.2021
Erməni işgəncələri ilə bağlı hesabat – Dəhşətinə görə ictimaiyyətə açıqlanmadı
Hazırda oxunan: Erməni işgəncələri ilə bağlı hesabat – Dəhşətinə görə ictimaiyyətə açıqlanmadı
Hazırda oxunan: Erməni işgəncələri ilə bağlı hesabat – Dəhşətinə görə ictimaiyyətə açıqlanmadı
28874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.