Rusiyanın "Rossiya 1” Televiziya kanalında yayımlanan "Vladimir Solovyov ilə axşam” proqramı növbəti qalmaqalla yadda qalıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan və Türkiyəyə hər zaman qərəzli mövqe sərgiləyən Solovyov bu dəfə qırmızı xətti keçib.
Solovyovun verilişində qonaq qismində qatılan anti-Azərbaycan, anti-Türkiyə mövqeli, hər zaman qeyri-obyektiv yanaşması ilə seçilən "Həqiqət Uğrunda” partiyasının üzvü Sergey Mixeev çıxışında daha irəli gedib.
Türkiyə mövzusunda debat zamanı Mixeev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyip Ərdoğanı açıq-aşkar təhqir edib.
Qeyd edək ki, Rusiyanın rəsmi kanalı son zamanlar türklərə nifrətin, düşmənçiliyin aşılanması ilə bağlı təbliğat maşınını işə salıb.
Təəssüflə qeyd edək ki, jurnalist etikasının tez-tez pozulduğu bu verilişdə etika anlayışdan sui-istifadə halları baş verməkdədir.
Xatırladaq ki, Dövlət Dumasının deputatı Tamara Pletneva da Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyevdən aparıcı Vladimir Solovievin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli çıxışlarına qarşı ölçü götürülməsini tələb edib.
Bizim.Media