Şahin Mustafayev Çavuşoğlu ilə görüşdü

Şahin Mustafayev Çavuşoğlu ilə görüşdü

Hazırda oxunan: Şahin Mustafayev Çavuşoğlu ilə görüşdü

28849

Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişafı, energetika, nəqliyyat layihələri haqqında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu Şahin Mustafayevlə regional məsələləri müzakirə etdi


Görüşdən sonra Şahin Mustafayev deyib: “Bu gün Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının beş ili tamam olur.

Bu hadisə türk xalqının birliyini nümayiş etdirdi. Türkiyədə bu hadisələr başlayan gündən Azərbaycan Prezidenti İlham Əliyev və xalqımız türk qardaşlarımızın yanında oldu, onları dəstəklədi. 

44 günlük Vətən müharibəsi zamanı da Türkiyə dövləti və xalqı Azərbaycanın yanında oldu, bizə siyasi, mənəvi dəstək verdi. Biz buna görə Türkiyə dövlətinə və xalqına minnətdarıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO