Müxalifət iqtidardan təklif gözləyir - Tural Abbaslıdan BƏYANAT 

Müxalifət iqtidardan təklif gözləyir - Tural Abbaslıdan BƏYANAT 

Hazırda oxunan: Müxalifət iqtidardan təklif gözləyir - Tural Abbaslıdan BƏYANAT 

28783

Ermənilər Naxçıvan, Kəlbəcər və Şuşa istiqamətində ara-sıra atəşkəsi pozurlar. Müharibədə olduğu kimi müxalif partiyalar da erməni cinayətlərinə qarşı birgə bəyanatla çıxış edə bilərlərmi? Bəzi ekspertlər savaşdakı həmrəyliyin bu mövzuda olmadığından narahatdırlar. 

“Təbii ki, bu mövzuda bəyanat vermək olar. Biz Ağ Partiya olaraq Qarabağla bağlı baş verən istənilən hadisəyə iqtidar-müxalifət aspektindən baxmırıq. Bu mövzuya Azərbaycan nöqteyi-nəzərindən, milli problem aspektindən baxırıq” deyən Tural Abbaslı bəyanat verməkdə problem olmadığını bildirib.

Bizim.Media ilə dialoq zamanı Ağ Partiyanın sədri əlavə edib ki, onlar bu mövzuda nəinki ancaq müxalifət partiyaları, hətta hakimiyyət partiyası ilə də birgə bəyanat verə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı: "Xalq birazdan təzək yandıracaq, pul yoxdur" - VİDEO


Partiyanın bununla bağlı heç bir kompleksi, çəkinəcəyi yoxdur:

“İstər beynəlxalq aləm, müxtəlif təşkilatlar üçün belə bəyanatların verilməsində, Azərbaycanın bu məsələdə vahid mövqedə olduğunun nümayiş olunmasında heç bir problem yoxdur. Adətən belə təşəbbüslər iqtidar tərəfindən gəlir və biz dəstəkləyirik. Amma lazım olarsa, özümüz də edə, bəyanat verə bilərik. Yəqin ki, yaxın zamanlarda, əgər proses belə davam edərsə ola bilsin ki, elə müxalifətin də təşəbbüsündən birgə bəyanatlar verilsin. 

Ağ Partiya və ümumiyyətlə müxalifətdə olan bir çox partiyalar üçün ümumilli məsələlərdə iqtidar-müxalifət məsələsi yoxdur, olmayıb, olmayacaq da. Qarabağ məsələsində müxalifət lazım olan mövqeni sərgiləməyə hazırdır. Necə ki, 44 günlük müharibədə tək bizim partiya deyil, bütün partiyalar bunu sübut etdilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO