Paşiniyan bütün göstərişləri arvadından alıb

Paşiniyan bütün göstərişləri arvadından alıb

Hazırda oxunan: Paşiniyan bütün göstərişləri arvadından alıb

2877

Paşiniyan arvadının sözü ilə durub oturur. O, bir çox qərarları Anna Akopyanın təkidi ilə qəbul edib. 

Bu iddia ilə Rusiyanın erməni əsilli media-meneceri Aram Qabrelyanov çıxış edib. O bildirib ki, WarGonzo layihəsinin aparıcısı Semyon Peqov ona dəfələrlə bu barədə əsəbi şəkildə məlumat verib:

“Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan hərbi şuranın iclaslarında iştirak edib və onlardan birində general Movses Akopyan ilə aralarında dava da baş verib. O, aktiv şəkildə bütün hərbi qərarlara müdaxilə edib”.

Bundan əlavə, Qabrelyanov bildirib ki, Araik Artyunuyanın mətbuat katibi Vaqram Poqosyan Ermənistanın ikinci prezidenti Robert Köçəryan haqqında yaydığı müsbət məlumatlara görə, rusiyalı hərbi jurnalist Semyon Peqovdan Artsaxı (Qarabağ-red.) tərk etməsini tələb edib.

Bu addımı da o, Anna Akopyanın göstərişi ilə atıb. Ümumiyyətlə, gedən bütün prosseslərdə Anna Akopyan əri Nikol Paşiniyanı nəzarətdə saxlayıb. 

Bundan sonra Vaqram Poqosyanla Qabrelyanov arasında internet üzərindən atışmalar başlayıb. Paqosyan Qabrelyanovu yalançılıqda ittiham edib, bildirib ki, Peqov Qabrelyanovun dediklərindən qəzəblənib, yaxında onun cavabını verəcək. 

Qabrelyanov isə Karamba teleqram kanalında Poqosyanın sözlərinə kəskin cavab verərək onu təhqir edib:

“Dünən türklərin qorxusunda telefonda ağlayırdın, deyirdin ki, gəlib hamımızı öldürəcəklər, Moskvadan kömək üçün yalvarırdın''.

''İndi məni Peqovla qorxudursan, mənim hansısa müxbirin qəzəbi heç eynimə deyil”.

Erməni media meneceri Şuşanın təhvil verilməsi məsələsinə də toxunub. Bildirib ki, hələ bu məsələlər çox dərinliyə gedəcək, Paşiniyanın arvadının adamları qeyri-bərabər müharibəyə təhrik etməkdə suçu böyükdür. Tökülən qanların bir qismi onun da üzərinə düşür.

Bizim.Media

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO