İlham Əliyev: «Düşmən Kəlbəcərdə törətdiklərinin cavabını verəcək»

İlham Əliyev: «Düşmən Kəlbəcərdə törətdiklərinin cavabını verəcək»

Hazırda oxunan: İlham Əliyev: «Düşmən Kəlbəcərdə törətdiklərinin cavabını verəcək»

2875

«Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq». 

Bizim.Media xəbər verir ki, bu sözləri Azəfrbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilən torpaqlara səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq:
 
«Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar.

Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik»- deyə prezident əlavə edib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO