Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.
"Bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var''.
''Çünki bu yol bizi Qarabağın tacı olan Şuşaya aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16 min km-dan çox avtomobil yolu çəkilib''.
''Yollarda keyfiyyətlidir. Şuşaya çəkilən bu yolun xüsusi əhəmiyyəti var. Bu layihə işğaldan azad edilən torpaqlarımızda birinci layihədir", - deyə dövlət başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:01 / 17.11.2020
Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir
Hazırda oxunan: Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir
Hazırda oxunan: Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir
2864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.